SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Kiyev, Jitomir və Çerniqov vilayətləri dayanmadan raket hücumuna məruz qalıb.

“Rusiya ordusu Kiyev şəhərində, Dnepr çayının sol sahilindəki əraziləri bir gecədə 25 dəfə hava hücumuna məruz qoyub. Ölən və yaralananlarla bağlı hələ ki məlumat yoxdur”, - deyə jurnalist əlavə edib.

Həmçinin qeyd edilib ki, ukraynalı hərbi ekspertlər bir aylıq sakitlikdən sonra Rusiya ordusunun hava zərbələrini yenidən artırmasını yaxın aylarda Belarusdan hücumun olacağının siqnalı kimi qiymətləndirirlər.

Daha ətraflı videoda:

BAKU.WS
VİDEO