SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri Moskva yaxınlığındakı Lyuberts rayonunda paytaxt istiqamətində uçan pilotsuz uçuş aparatını (PUA) vurub, itki və dağıntı yoxdur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin teleqram kanalında bildirib.

"Bu gün Lyubertsı rayonunda Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan pilotsuz uçan aparatı məhv edib. İlkin məlumata görə, tələfat və dağıntı yoxdur. Hadisə yerində fövqəladə xidmətlər işləyir", - o yazıb.

Bundan əvvəl Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Bryansk vilayəti üzərində iki PUA-nı vurduğunu bildirib.

BAKU.WS