SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Federasiyasının Moskva vilayətinin İstra rayonunda hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatını (PUA) vurub.

BAKU.WS xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram səhifəsində bildirib.

İlkin məlumata görə, hadisə nəticəsində dağıntı və xəsarət alan olmayıb:

"Bu gecə İstra rayonunda hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan pilotsuz uçan aparatını məhv edib. Tələfat və dağıntı yoxdur".

Sobyanin əlavə edib ki, hadisə yerində təcili xidmətlər işləyir.

Bildirilib ki, insidentlə əlaqədar Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo hava limanları üzərində hava məkanı bağlanıb.

BAKU.WS