SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Rusiyanın paytaxtı Moskvanın hava limanlarında 80-dən çox aviareys təxirə salınıb və ya ləğv edilib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, aviareyslərin gecikməsi Moskvanın "Vnukovo", "Domodedovo", “Şeremetyevo” hava limanlarında qeydə alınıb.

Məlumata görə, bu gün "Vnukovo" hava limanında üç reys gecikib, üç reys təxirə salınıb, "Domodedovo" hava limanında beş reys gecikib, “Şeremetyevo” hava limanında isə 72 reys ləğv edilib, iki reys gecikib.

Dekabrın 31-də sözügedən hava limanlarında 180-dən çox aviareys təxirə salınıb və ya ləğv edilib.

BAKU.WS