SİZİN REKLAM BURADA!
055 213 76 73


Axşam saatlarında Moskvanın “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanlarından həyata keçrilməli olan 150-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, buna şəhərin üzərini alan qatı duman səbəb olub.

Əlverişsiz hava şəraitinin gecə yarısınadək davam edəcəyi bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında da adıçəkilən hava limanlarından qalxmalı olan 200-dən çox reys yubadılıb və ya ləğv olunub.

BAKU.WS