SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə Ukraynaya məxsus PUA-larla hücum olub.

BAKU.WS-in Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Moskvanın meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, PUA-lar hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib.

Hücum nəticəsində itki və dağıntı qeydə alınmayıb.

Paytaxt meri hansı obyektlərin PUA hücumunun mümkün hədəfi olduğunu açıqlamayıb.

Rusiya Müdafiə Nazirliyi hücum cəhdini təsdiqləyib.

BAKU.WS