SİZİN REKLAM BURADA!
055 213 76 73


Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi başa çatıb, onların arasında Yevgeni Priqojin də var.

BAKU.WS-in TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib.

Aparılan molekulyar genetik müayinələrin nəticələrinə əsasən, qəzada həlak olan 10 qurbanın hamısının şəxsiyyəti müəyyən edilib və onlar uçuş vərəqəsində göstərilən siyahıya uyğundur.

Xatırladaq ki, avqustun 23-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində "Vaqner" özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojinə məxsus "Embraer Legacy 600" biznes təyyarəsi qəzaya uğrayıb. Baş verən təyyarə qəzasında 10 nəfər ölüb. 

BAKU.WS