SİZİN REKLAM BURADA!
055 213 76 73


"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Tverdəki təyyarə qəzasından əvvəl Mərkəzi Afrika Respublikasının Prezidenti ilə danışıq aparıb. 

BAKU.WS xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb. 

Məlumata görə, Priqojin afrikalı liderə vəd verib ki, "Vaqner" döyüşçüləri ölkənin təhlükəsizliyi ilə bağlı dəstəyini göstərəcək.

Qeyd edək ki, Rusiya Prezidentin sözçüsü Dmitri Peskov bildirib ki, hələlik Priqojinin ölümünü təsdiqləyən ekspertizaların nəticəsi yoxdur.

BAKU.WS