Keçmiş məktəb direktoruna cinsi istismardan 15 il həbs cəzası

Avstraliyada keçmiş direktor şagirdlərə cinsi təcavüz etdiyinə görə 15 il həbs cəzasına məhkum edilib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə Melburndakı "Adass İsrail Məktəbi"ndə baş verib.
Avstraliyanın Viktoriya əyalətinin rayon məhkəməsi tərəfindən 18 cinsi ittihamla mühakimə olunan Leiferin əməlləri təxminən 20 il əvvəl məktəb direktoru olduğu vaxta gedib çıxır.
Məhkəmənin hökmü ilə 15 il həbs cəzası alan Leifer 2029-cu ilə qədər şərti azadlığa buraxılmayacaq.
Onun şagirdləri olan üç bacı Leiferə qarşı 2003-2007-ci illərdə məktəbdə, şəhərcikdə və keçmiş müdirin evində cinsi istismara məruz qaldıqlarını əsas gətirərək məhkəməyə müraciət ediblər.
Aprel ayında məhkəmə Leiferi iki bacını cinsi istismarda təqsirli bilib, israilli məktəb müdiri üçüncü bacı ilə bağlı ittihamlardan azad edilib.
Oxşar xəbərlər
Dayə 91 uşağa qarşı cinsi istismarda ittiham olunur - Bütün əməlləri lentə alırmış
Avstraliyada keçmiş uşaq baxıcısı 91 uşağa cinsi zorakılıq etmək, lentə almaq və sonra internetdə yaymaq iddiası ilə 1600-dən çox cinayətdə ittiham olunub. BAKU...
