SİZİN REKLAM BURADA!
055 213 76 73


Pakistan rəhbərliyi keçmiş xarici işlər naziri və müxalifətdəki Ədalət Hərəkatının (ƏH) başçısı Şah Mehmud Qureyşini saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi partiyanın nümayəndəsi Zülfi Buxariyə istinadən məlumat yayıb.

Agentlik siyasətçinin saxlanılmasına nəyin səbəb olduğu barədə məlumat verməyib.

Qeyd edək ki, avqustun əvvəlində lideri İmran Xanın olmadığı müddətdə ƏH-ə rəhbərlik edib.

BAKU.WS