SİZİN REKLAM BURADA!
055 213 76 73


İslamabad Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının (PTİ) sədri İmran Xanı girov müqabilində iki həftəlik azad edib.

BAKU.WS verir ki, bu barədə "Reuters"ın yaydığı məlumatda bildirilib.

Xatırladaq ki, İmran Xan mayın 9-da saxlanılıb. Mayın 11-də Pakistan məhkəməsi keçmiş Baş nazir barəsində 8 günlük həbs qərarı çıxarıb. Bundan sonra ölkənin İslamabad, Peşavər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və başqa bölgələrində etiraz aksiyaları başlayıb. Sabiq Baş nazir xarici ölkə liderlərindən 630 min dollarlıq hədiyyə almaqda ittiham olunur.

Onun həbsi Pakistanın bir sıra iri şəhərlərində müxalifətin kütləvi etirazlarına səbəb olub.

Pakistanın bir sıra bölgələrində İmran Xanın tərəfdarları ilə polis arasında şiddətli toqquşmalar baş verib.

BAKU.WS