SİZİN REKLAM BURADA!
055 213 76 73


İŞİD terror qruplaşmasının üzvləri İranın Fars əyalətinin Şiraz şəhərində Şah-Çerağ məqbərəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüblər.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Press TV-nin məlumatına görə, hücum edənlərin sayı 2 nəfər olub. Onlardan biri hücumdan dərhal sonra saxlanılıb, ikincisi isə ərazidən uzaqlaşıb.

Xatırladaq ki, İran KİV-də 4 nəfər öldüyünə dair məlumat yayılsa da, yerli orqanlar hələlik ancaq bir itkini təsdiqləyiblər. İran rəsmiləri bu hücumu terror aktı kimi qiymətləndiriblər.

***21:10

İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində baş verən terror aktında ölənlərin sayı 4-ə çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, iki yaraqlı məscidin ərazisinə daxil olmağa cəhd edib, onlardan biri saxlanılıb, ikincinin tutulması istiqamətində işlər davam etdirilir. Həmin şəxs məqbərənin girişində olanlara atəş açmağa davam edir.

Hazırda bina mühasirəyə alınıb.

***21:13

İranın Fars vilayətində teror aktı baş verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Şiraz şəhərində Şah-Çerağ məbədində yaşanıb.

Yayılan məlumatlara görə, terror nəticəsində ziyarətgahın iki nümayəndəsi yaralanaraq həyatını itirib.

Terror aktının iştirakçıları qısa müddət sonra təhlükəsizlik qüvvələri tərəfindən məhv ediliblər.

BAKU.WS
VİDEO