SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə yayımlanan və reytinqli ekran işlərindən olan "Yabancı damat” serialının uşaq aktyoru Ozan Uğurlu yeni görüntüləri ilə gündəm olub. 

BAKU.WS xəbər verir ki, illər sonra fotoları yayımlanan Ozanın xarici görünüşündəki dəyişiklik maraq doğurub. Ozan 2004-2007-ci illərdə ekrana gələn layihədə Mustafa Can obrazını canlandırıb.

O uşaq  yaşlarından seriala çəkilsə də, karyerasına davam etmədi. Ozan Avstriyada "Maşın mühəndisliyi" ixtisasını, daha sonra Türkiyədə "İctimaiyyətlə Əlaqələr və Reklam" ixtisasını bitirib.

Qeyd edək ki, "Yabancı damat” serialında Türkiyədən və Yunanıstandan olan iki gəncin sevgi hekayəsindən bəhs edilirdi.

BAKU.WS
QALEREYA