SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur cütlük Pınar Dənizlə sevgilisi Kaan Yıldırım yaxın zamanda ailə quracaqlar.

BAKU.WS xəbər verir ki, "Yargı" serialının məşhur aktrisanın ötən gün yayılan fotosu xeyli səs-küyə səbəb olub. 

Belə ki, Pınarın ağlayan zaman çəkilən şəkili Kaanın ona evlilik təklifi etdiyi iddialarının yayılmasına səbəb olub. Daha sonra Kaan bu barədə sosial şəbəkə hesabında əlində üzük olan fotonu paylaşaraq "Sənin mənə nəsib olman şəxsi həyatımın ən əvəzolunmaz tərəfidir" sözlərini yazıb.

Bununla da cütlük, haqqında yayılan evlilik xəbərlərini təsdiq edib.

Məlumat üçün bildirək ki, Pınarla Kaan uzun müddətdir eşq yaşayır.

BAKU.WS