SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktrisa Şeron Stoun müsahibələrindən birində 1992-ci ildə ekranlara gələn "Basic Instinct" filmi ilə bağlı etiraf edib.

BAKU.WS xəbər verir ki, filmin onun seks simvoluna çevirdiyini deyən Stoun ekran işinin nümayiş olundaqdan sonra yaşadığı hadisələrdən danışıb. Aktrisa yolda qırımızı işıqda dayanarkən fanatlarnın onun maşınına dırmandığını bildirib:

"İşıqforda dayandım. Hamı maşınımın üzərinə dırmandı. Daha sonra yaşıl işıq yandı. Avtomobillər siqnal verdi. Maşınımın üstündə adamlar ola-ola sürmək nə dərəcədə doğru idi, bilmirdim. Maşını idarə etsəm adamlar yaralanacaqdı, buna görə mən həbs oluna bilərəm?".

Stounun bu sözlərinə qulaq asan jurnalist ona "Bu hekayə idi yoxsa reallıq?" deyərək reaksiya verib.

Qeyd edək ki, Stoun filmdəki tərəf müqabili Maykl Duqlasa 14 milyon dollar qonorar, özünün isə sadəcə Oscar mükafatına geyinə biləcək bir libas almağa yetəcək qədər pul verildiyini bildirib.

BAKU.WS
QALEREYA