SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktrisa Şeron Stoun ilk dəfə məşhur "Basic Instinct" filmindəki rolundan qazancını açıqlayıb. 

BAKU.WS xəbər verir ki, aktrisa 31 il əvvəl çəkildiyi ekran işindən 500 000 dollar qonarar əldə etdiyini deyib. 

Filmdə aktrisanın tərəf müqabili məşhur aktyor Maykl Duqlas olub. Ona isə 14 milyon dollar qonarar verilib.

Stoun bu barədə danışarkən, "Təbii ki, mən sektorda yeni idim. O isə çox böyük bir ulduz idi", - sözlərini söyləyib. 

Aktrisa bu filmə görə oğlunun qəyyumluğunu da itirdiyini bildirib. Buna səbəb aktrisanın ekran işində açıq-saçıq səhnələri olub. 

BAKU.WS