SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-nin Ədliyyə Nazirliyi ölkənin keçmiş prezidenti Donald Trampa qarşı məxfi materiallarla düzgün işləmədiyinə görə əlavə ittihamlar irəli sürüb.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Florida ştatının Cənub Dairəsi məhkəməsinin elektron məlumat bazasına daxil olan sənəddə deyilir.

"32-ci bənd əlavə edilib, Donald Tramp daha bir maddə ilə - müdafiə məlumatlarını qanunsuz saxlamaqda ittiham olunur", - mətndə deyilir.

Bundan əlavə, işdə yeni bir müttəhim meydana çıxıb - Karlos De Oliveyra. O, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq üçün cinayət sui-qəsdində ittiham olunur.

Məhkəmənin materiallarına görə, o, iş üzrə digər müttəhim Valter Nauta ilə birlikdə 2022-ci ilin yayında müşahidə kamerasındakı səs yazısını məhv etməyə çalışıb.

Tramp da bu maddə üzrə müttəhim sayılır.

BAKU.WS