SİZİN REKLAM BURADA!
055 213 76 73


Federal böyük münsiflər heyəti ABŞ-nin keçmiş prezidenti Donald Trampı vəzifədən getdikdən sonra saxladığı məxfi sənədlərlə işləməkdə ittiham edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu barədə "Truth" sosial şəbəkəsində yazıb.

Tramp bildirib ki, onun vəkillərinə gizli sənədlərlə bağlı ittihamların irəli sürülməsi barədə məlumat verilib.

Eks-prezidentə qarşı yenidən cinayət işi qaldırılıb.

O, iyunun 13-də Mayami federal məhkəməsinə çağırılıb.

CNN-in məlumatına görə isə, Trampa qarşı 7 maddə üzrə ittiham irəli sürülüb. 

Qeyd edək ki, "Politico" nəşri ötən ilin iyunun 7-də yazmışdı ki, Donald Trampın cinayət işi üzrə istintaq aparılır.

FBİ agentləri avqust ayında xəbərdarlıq etmədən onun iqamətgahına gələrək orada axtarış aparıblar. Ümumilikdə binada 300 gizli sənəd tapılıb.

BAKU.WS