SİZİN REKLAM BURADA!
055 213 76 73


Tviter sahibi İlon Mask sosial şəbəkənin loqosunun tezliklə dəyişdiriləcəyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə o, tviter sosial səhifəsində məlumat verib.

"Tezliklə biz tviter brendi ilə və tədricən bütün "quşlar"la vidalaşacağıq", - deyə İ.Mask öz səhifəsində yazıb.

O, həmçinin tviter üçün mümkün gələcək dizaynı dərc edib. Bu, qara fonda X hərfini təmsil edir.

Lakin rebrendinqin son variantı hələ razılaşdırılmayıb.

BAKU.WS