Dünən amerikalı iş adamı, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask Papa Fransisk ilə görüşüb.
BAKU.WS xəbər verir ki, milyarder bu barədə özünün tviter səhifəsində paylaşım edib.
“Papa Fransisklə görüşmək mənim üçün böyük şərəf idi”, - deyə İlon Mask bildirib.
Mask görüşün təfərrüatları və səbəbi barədə əlavə məlumat verməyib.
Honored to meet @Pontifex yesterday pic.twitter.com/sLZY8mAQtd
— Elon Musk (@elonmusk) July 2, 2022
BAKU.WS