SİZİN REKLAM BURADA!
055 213 76 73


Tviterin yeni sahibi İlon Mask Şirkətin idarəçiliyini öz üzərinə götürəcək bir “axmaq” tapan kimi istefa verəcəyini açıqlayıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Mask sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, bu işi öhdəsinə götürəcək axmaq birini tapan kimi CEO vəzifəsindən gedəcək.

“Bundan sonra yalnız proqram təminatı və server komandalarını idarə edəcəm”, - deyə o əlavə edib.

Xatırladaq ki, İlon Mask bazar günü tviterin baş direktoru vəzifəsindən istefa verib-verməməsi ilə bağlı sorğu keçirdərək nəticələrlə razılaşacağını bildirmişdi. Sorğunun nəticələrinə görə, iştirakçıların 57,5 ​​faizi Maskın istefasına səs vermişdi.

BAKU.WS
QALEREYA