SİZİN REKLAM BURADA!
055 213 76 73


Kamerunun Duala şəhərində binanın uçması sonucunda azı 12 nəfər ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə Frans Press Agentliyi (AFP) yanğınsöndürənlərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, daha beş nəfərin vəziyyəti ağırdır.

AFP-nin məlumatına görə, hadisə şənbədən bazara keçən gecə baş verib.

Dördmərtəbəli yaşayış binası yaxınlıqdakı birmərtəbəli binanın üzərinə uçub.

Hadisənin baş vermə səbəbləri barədə məlumat verilmir.

BAKU.WS