SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniyanın Kanar adalarında meşə yanğını səbəbindən 4 mindən çox insan təxliyə edilib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Yanğın şənbə günü gecə Palma adasındakı Puntaqorda yaxınlığında baş verib. İndiyədək 4,6 min hektara yaxın meşə sahəsini bürüyən yanğın nəzarət altına alınmayıb.

Yanğın indiyədək 12 evi məhv edib. Yanğınla mübarizə üçün hava texnikası istifadə olunur.

BAKU.WS