SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Milli Müdafiə Nazirliyi terror təşkilatı PKK-nın Şimali İraqdakı sözdə Zap əyalət zabitinin gizləndiyi mağarada öldürüldüyünü açıqlayıb.

BAKU.WS bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

"İraqın şimalındakı Zap bölgəsində axtarış və tarama fəaliyyətləri həyata keçirən Türkiyə Silahlı Qüvvələrinin ünsürləri 852 yüksəklikdəki təpədə mağarada terrorçuların olduğunu müəyyən edib. "Təslim olun" çağırışlarına atəşlə cavab verildikdən sonra terrorçu gizləndiyi mağarada komandolar tərəfindən zərərsizləşdirilib", - məlumatda qeyd olunub.

Zərərsizləşdirilən terrorçunun "Batman2" kod adlı Serzan Mava Ferit Yüksel olduğu müəyyən edilib.

Yükselin terror təşkilatının bölgədəki kritik kommunikasiyalara görə məsuliyyət daşıdığı bildirilib.

Həmçinin təhlükəsizlik mənbələri fotodakı hər iki terrorçunun zərərsizləşdirildiyini bildirib.

BAKU.WS