SİZİN REKLAM BURADA!
055 213 76 73


Niderland millisinin və "Ayaks"ın sabiq qapıçısı Edvin van der Sar xəstəxanaya yerləşdirilib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, veteran qolkiperin beyninə qan sızıb.

Hazırda reanimasiyada müalicə alan van der Sarın vəziyyətinin sabit olduğu bildirilib.

Qeyd edək ki, Edvin van der Sar karyerası ərzində İtaliyanın "Yuventus", İngiltərənin "Fulhem" və "Mançester Yunayted" klublarında da çıxış edib.

BAKU.WS