SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın "Şaxtyor" (Donetsk) komandasının qapıçısı Andrey Pyatov peşəkar karyerasını başa vurub.

"Report"un məlumatına görə, bu barədə Donetsk təmsilçisinin baş direktoru Sergey Palkin klubun rəsmi saytına açıqlama verib.

O, 39 yaşlı qolkiper üçün vida matçı təşkil edəcəklərini bildirib: "Böyük ehtimalla, bu oyun avqustun 6-da Londonda "Tottenhem"ə qarşı olacaq".

Həmçinin, Pyatova "Şaxtyor"da qapıçılar üzrə məşqçi vəzifəsi təklif olunub.

Qeyd edək ki, Ukrayna millisinin sabiq üzvü 2007-ci ildən Donetsk komandasının şərəfini qoruyurdu. O, bu klubun heyətində 482 görüş keçirib.

BAKU.WS