SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur "Santa Barbara" (1984-1993) serialında Layonel Lokric obrazını canlandıran Britaniya əsilli amerikalı aktyor Nikolas Koster 90 yaşında vəfat edib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.

Koster iyunun 26-da Floridada xəstəxanada dünyasını dəyişib.

O, "Santa Barbara"dan başqa, "Gənc Papa" (2016), "Möhtəşəm Hörümçək Adam" (1977-1979) və "Amerika cinayət hekayəsi" (TV serialı, 2016-2021) seriallarında da rol alıb.

BAKU.WS