SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin tanınmış iş adamı Acun Ilıcalı qatıldığı proqramda təyyarənin xərcinin baha olması səbəbindən qənaət etdiyini bildirib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Sibel Arnanın yutub kanalında qonaq olarkən deyib.

Şəxsi təyyarəsi ilə bağlı açıqlama verən Acun, "Təyyarə ilə istənilən yerə getmək çox baha başa gəlir. Mən o qədər də hesabsız adam deyiləm, harasa təyyarə ilə gedəndə iki işi birləşdirərək hərəkət edirəm, ona uyğun planlaşdırıram", - deyə qeyd edib:

"Təyyarənin okeanı keçməsi 100 min dollara başa gəlir. O nöqtədə mən də qənaət edirəm".

Acun Ilıcalı yemək-içməyə qənaət etmədiyini, 15 ildir ki, masasında heç kimə pul ödətmədiyini vurğulayıb.

Xatırladaq ki, iş adamı sonuncu dəfə 19 yaşlı qızı Leylaya maşın hədiyyə etməsi ilə gündəmə gəlmişdi.

BAKU.WS