SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə İstanbul Polisinin Kibercinayətkarlıqla Mübarizə İdarəsinin "TikTok" sosial şəbəkəsi vasitəsilə çirkli pulları yumaqda ittiham edilən qruplaşmaya qarşı keçirdiyi əməliyyatda saxlanılan şəxslər barədə qərar verilib.

Bu barədə BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir.

Belə ki, saxlanılan 163 şübhəlidən 96-sı sərbəst buraxılıb, 67-si isə məhkəməyə göndərilib.

Göndərilənlərdən 33-ü həbs olunmaq, 34-ü isə məhkəmə nəzarəti üçün Sülh Cəza Məhkəməsinə sövq edilib.

Dindirmə əməliyyatlarının sonunda ümumilikdə 10 şübhəli barədə həbs qərarı verilib.

Həmçinin, 57 şübhəli məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

BAKU.WS