SİZİN REKLAM BURADA!
055 213 76 73


İran məhkəməsi azərbaycanlı fəalı Əli Rzayini 6 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

O, “hakimiyyətə qarşı əlbir olmaq və təbliğat aparmaq”da ittiham olunub.

Fəalın ailəsinin yaxınlarının sözlərinə görə, ailənin təkidinə baxmayaraq, məhkəmə orqanları onun vəkil ilə görüşməsinə imkan verməyib.

Qeyd edək ki, Əli Rzayi ana dilində təhsil hüququ və Urmiya gölü məsələsinin müdafiəçisi idi. O, eyni zamanda informasiya texnologiyası mühəndisi, beynəlxalq yoqa təlimçisi və türk dili müəllimidir.

BAKU.WS
VİDEO