SİZİN REKLAM BURADA!
055 213 76 73


Urmiya gölünün cənub şərq bölgəsində 9 min illik tarixi kurqan aşkar ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə "Mouze" teleqram kanalı məlumat yayıb.

Arxeoloqlar Güney Azərbaycanın ən qədim neolit ​​kəndlərinin Urmiya gölü hövzəsindəki “Çəmən Leylan” kurqanı ətrafında yerləşdiyini bildirirlər.

Qeyd olunur ki, Təbriz İslam İncəsənət Universiteti və Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi Mədəni İrs və Turizm Elmi-Tədqiqat İnstitutunun icazəsi ilə "Çəmən Leylan" kurqanında tədqiqat işləri aparır.

BAKU.WS
VİDEO