SİZİN REKLAM BURADA!
055 213 76 73


İki həftə ərzində Ukrayna ordusu Berdyansk və Melitopol istiqamətlərində səkkiz yaşayış məntəqəsini azad ediblər.

BAKU.WS UNİAN-a istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar öz teleqram səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, Novodarovka, Levadnoe, Storojevoe, Makarovka, Blaqodatnoe, Lobkovo, Neskuçnoe, Pyatixatki məntəqələri azad edilib.

Malyar onu da qeyd edib ki, Tavriyskoe istiqamətində Ukrayna ordusu düşməni 7 kilometr arxaya sıxışdırıb, ölkənin cənubunda azad edilən ərazi isə 113 kvadrat kilometrdir.

BAKU.WS