SİZİN REKLAM BURADA!
055 213 76 73


İyunun 16-da Kiyevdə hava hücumu zamanı partlayış səsləri eşidilib.

BAKU.WS bu bardə Ukrayna mediasına istinadən xəbər verir.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Kiyev növbəti dəfə Rusiya Silahlı Qüvvələrinin kütləvi raket hücumunun hədəfinə çevrilib.

Məlumata görə, Rusiya tərəfi "Kalibr" qanadlı raketlərdən istifadə edib.

Kiyevin meri Vitali Kliçko paytaxtın Podolski rayonunda baş verən partlayışı təsdiqləyib.

Həmçinin, Kiyev vilayətinin rayonlarından birində raketlər şəxsi evlərə ziyan vurub.

Rayon Milli Polis İdarəsinin rəisi Andrey Nebitov məlumat verib ki, zərbə nəticəsində yanğın başlayıb, ölənlər var.

Hazırda hadisə yerində həkimlər, polis və xilasedicilər işləyir.

BAKU.WS
QALEREYA