SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarından etibarən Ukraynanın paytaxtı Kiyev şəhərinə zərbələr endirilib.

BAKU.WS-in məlumatına görə, bu haqda Kiyev şəhərinin meri Vitali Kliçko öz Telegram kanalında paylaşım edib.

"Dostlar! Səhər Kiyev atəşə tutulub. Partlayışlar Kiyevin kənarında yerləşən Darnitski rayonunda qeydə alınıb. Hazırda xilasedicilər və tibbi personal hadisə yerində çalışırlar. Xəsarət alanlar haqda məlumatlar dəqiqləşdilir", - deyə mer qeyd edib.

Kliçko həmçinin Kiyevə qayıtmağa hazırlaşan paytaxt sakinlərinə də müraciət edib. O, bildirib ki, sakinlər hələ Kiyevə qayıtmağa tələsməyərək daha təhlükəsiz ərazilərdə qalsınlar.

Qeyd edək ki, ekspertlər rus ordusununun Kiyevi intensiv raket atəşinə tutacağını proqnozlaşdırırlar. Onlar rusların Ukrayna ordusunun raket kreyseri "Moskva"nı batırmasından sonra bu yolla qisas almağa çalışacaqlarını deyirlər. 

BAKU.WS