SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın paytaxtı Kiyev şəhərinin girişlərindəki nəzarət-buraxılış məntəqələrinə müdafiə qurğuları yerləşdirilir.

BAKU.WS-in məlumatına görə, bu barədə Kiyev meri Vitali Kliçko öz "Telegram" hesabında yazıb. 

"Biz Kiyevin girişlərində, nəzarət-buraxılış məntəqələrində mühafizə qurğuları təchiz edirik. Ona görə də giriş-çıxış çətin ola bilər. Xahiş edirəm, bunu anlayışla qarşılayasınız", - deyə Kliçko bildirib.

BAKU.WS