VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, yaralananların sayı təxminən 900 nəfərə yaxındır.

Hindistanın Odişa ştatının hakimiyyət orqanları Balasore şəhəri yaxınlığındakı Bahanaq dəmir yolu stansiyası ərazisində qatarların toqquşması nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar bir günlük matəm elan edib. Şənbə günü ştatda bütün şənlik və əyləncə tədbirlərinin keçirilməsi qadağandır.

Dəmir Yolları Nazirliyi qəzada ölənlərin yaxın qohumlarına 1 milyon rupi (12 min ABŞ dolları), ağır yaralananlara 200 min rupi (2400 ABŞ dolları), yüngül xəsarət alanlara isə 50 min rupi (604 ABŞ dolları) təzminat ödəyəcəyini açıqlayıb.

Məlumata görə, hazırda hadisə yerində 500-dən çox canlı qüvvə axtarış-xilasetmə işləri həyata keçirir.

BAKU.WS
QALEREYA