Ərdoğan Çempionlar Liqasının final matçını stadionda izləyəcək

02
iyn
2023
13:44
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çempionlar Liqasının finalında "İnter" - "Mançester Siti" matçını izləyəcək.
BAKU.WS "Hürriyet"ə istinadən xəbər verir ki, yarış Türkiyənin ən böyük şəhəri olan İstanbulda keçiriləcək.
Bildirilib ki, oyunu Rəcəb Tayyib Ərdoğanla birlikdə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan da izləyəcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının finalı 10 iyun 2023-cü il tarixində İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.
Oxşar xəbərlər
Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir - YENİLƏNİR
Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz...
