SİZİN REKLAM BURADA!
055 213 76 73


“BMT beynəlxalq hüquqa və nizamnaməsinə uyğun olaraq Ukrayna münaqişəsinin bitməsini istəyir”.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bir sıra Qərb ölkələrinin Ukraynaya “F-16” qırıcıları tədarük etmək qərarına münasibət bildirərkən deyib.

“Məqsədimiz BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və müvafiq qətnamələrə uyğun olaraq bu münaqişəyə son qoymaqdır”, - deyə Baş katibin sözçüsü bildirib.

Qeyd edək ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borel bildirib ki, ittifaq yaxın vaxtlarda Ukraynanı “F-16” qırıcıları ilə təmin edə biləcək.

BAKU.WS