SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın eks-prezidenti Nikola Sarkozi nüfuz alveri ittihamı ilə bir il real həbs və iki il sınaq müddətinə həbs edilib. 

BAKU.WS bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Paris Apellyasiya Məhkəməsi qərar çıxarıb.

İstintaqın məlumatına görə, Fransanın keçmiş rəhbəri 2014-cü ildə vəkili vasitəsilə Kassasiya Məhkəməsinin əməkdaşına onun qanunsuz seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı aparılan istintaqın gedişi barədə məlumat müqabilində Monakoda vəzifə almağa kömək edəcəyinə söz verib. 

Beləliklə, 2021-ci ilin martında çıxarılan hökm təsdiqlənib.

BFMTV kanalı isə öz növbəsində bildirir ki, Sarkoziyə bir il həbs əvəzinə evində elektron qolbaq taxıla bilər.

Qeyd edək ki, 68 yaşlı Sarkozi 2007-2012-ci illərdə Fransanın prezidenti olub.

BAKU.WS