SİZİN REKLAM BURADA!
055 213 76 73


Paris məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozini 2012-ci il seçki kampaniyasını maliyyələşdirmə xərclərini aşdığına görə bir il həbs cəzasına məhkum edib.

BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Nikola Sarkozi xərclərin qanunla müəyyən edilmiş həddindən xəbərdar olub və buna riayət etməyib.

Sabiq prezident hökm elan olunan zaman gözə dəyməyib və günahını etiraf etməyib. Sarkozinin vəkili bildirib ki, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

Prokurorluq keçmiş dövlət başçısına 6 ay həbs, həmçinin 6 ay şərti cəza və 3750 avro cərimə tələb etmişdi.

Sarkozi cəzasını evdə elektron qolbaqla keçirməli olacaq.

BAKU.WS