SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Silahlı Qüvvələri (SQ) Baxmut şəhəri yaxınlığındakı qəsəbələrdə irəliləməyə davam edir.

BAKU.WS "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu Rusiya qoşunlarının 10-dan çox mövqeyini tutub.

"Bizim bölmələrimiz bu gün Baxmut ərazisinin şimalında və cənubunda 10-dan çox düşmən mövqeyini ələ keçirib və İvanovski rayonundakı meşənin əhəmiyyətli hissəsini təmizləyib", - o vurğulayıb.

Malyar bildirib ki, Ukrayna hərbçiləri müxtəlif bölgələrdən düşmən əsgərlərini əsir götürüblər.

O, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski vəziyyəti nəzarətdə saxlayır.

BAKU.WS