SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Silahlı Qüvvələrinin bölmələri Baxmut istiqamətindən əks-hücuma keçib, rus hərbçilər bəzi mövqeləri itirib.

BAKU.WS Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib:

"Baxmut istiqamətində intensiv döyüş əməliyyatları davam edir. Düşmən çoxsaylı hücumlar həyata keçirib, bir neçə istiqamətdə mövqelərimizin müdafiəsini yarmağa çalışıb. Lakin müdafiəçilərimizin dözüm və cəsarəti sayəsində düşmənin hərəkətləri uğursuz alınıb".

Onun sözlərinə görə, Baxmut istiqamətində irəliləmək üçün ruslar maksimum səy göstərir və heç nəyi nəzərə almırlar:

“Hazırda düşmən irəliləmək üçün maksimum səy göstərir. Əhəmiyyətli itkilərə baxmayaraq, elit döyüşçü dəstələri, müxtəlif şəxsi şirkətlərin döyüşçüləri və paraşütçülər daim döyüşə atılırlar, lakin düşmən Baxmutu nəzarət altına ala bilmir. Vəziyyət olduqca mürəkkəbdir”.

BAKU.WS