SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail ordusu Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində “İslami cihad” qruplaşmasının daha bir komandirini məhv etdiyini bildirib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, mayın 11-də səhər saatlarında Qəzzanın cənubunda Xan-Yunis şəhərinə endirilən hava zərbəsi nəticəsində Ali Qali öldürülüb. O, “İslami cihad”ın raket qüvvələrinin komandanı olub.

“Qali İsrail ərazisinə raket hücumlarının, o cümlədən “Qalxan və Ox” əməliyyatı zamanı son atışmaların istiqamətləndirilməsinə və həyata keçirilməsinə cavabdeh idi. Qali təşkilatın əsas fiqurlarından hesab olunurdu və təşkilatın idarə olunmasına məsul idi”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, Qali zərbə zamanı digər iki döyüşçü ilə birlikdə sığınacaqda gizlənib. Həmçinin digər döyüşçülərin də həlak olduğu deyilir. “İslami cihad” qruplaşması komandirin ölümünü təsdiqləyib.

BAKU.WS