SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur musiqi qrupu "Duman"ın konsertində faciə yaşanıb.

BAKU.WS xəbər verir ki, qrupun Alaçatıdakı musiqili proqramında Orhan Gemici adlı gənc oğlan evin damından yıxılaraq ölüb. 

O, konserti hündür yerdən izləmək istəyib və yaxınlıqdakı evlərdən birinin damına çıxıb. Bir anda müvazinətini itirən Orhan yerə yıxılıb.

Onun yıxıldığını görən sakinlər təcili yardım çağırıblar. Xəstəxanaya yerləşdirilən Orhan elə orada həyatını itirib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Araşdırmalar aparılır. 

BAKU.WS