SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinin Rochester adlı bölgəsində əyləncə mərkəzlərindən birində faciə yaşanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, səhnəyə çıxan “GloRilla” və “Finesse2tymes” adlı sənətçilərin konserti zamanı izdiham baş verib, nəticədə 1 nəfər ölüb, 9 vətəndaş isə ağır xəsarətlər alıb.

Rochester Polis bölməsinin rəisi David Smith mətbuata açıqlamasında deyib: “Hadisə yerində atəş açdıldığı, kiminsə silahla vurulduğu və ya bıçaqlandığına aid bir sübut, dəlil yoxdur”.

Hadisə zamanı əvvəl 3 qadının ağır yaralandığı məlum olub. Onlar dərhal xəstəxanaya göndəriliblər. Lakin 3 qadından birinin vəziyyəti daha ağır olduğu üçün o xəstəxanada həyatını itirib.

Daha sonra isə 7 nəfərin yaralandığı ortaya çıxıb.

Hadisə ilə bağlı aparılan araşadırmalar davam etdirilir.

BAKU.WS
VİDEO