SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə ağır yol qəzası baş verib. 

BAKU.WS xəbər verir ki, Ankara şəhərində qeydə alınan hadisə zamanı 10 nəqliyyat vasitəsi toqquşub.

Magistral yolda hərəkət edən sürücülərdən biri idarəetməni itirib. Onun maşını yoldakı nəqliyyat vasitələrindən biri ilə toqquşub.

Bu zaman bayram səbəbilə yolda çox avtomobil olub. Nəticədə zəncirvari qəza baş verib.

Hadisə zamanı 11 şərnişin yaralanıb, 1 nəfər isə hadisə yerində vəfat edib. 

Qəza baş verən əraziyə polis və tibbi yardım maşınları çağırılıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

BAKU.WS