Türkiyədə dəhşətli hadisə: Sevgilisi ilə dalaşan gənc qız özünü qayalıqdan atdı - FOTO

Türkiyədə dəhşətli hadisə: Sevgilisi ilə dalaşan gənc qız özünü qayalıqdan atdı - FOTO
Foto
Siyasət 332

Türkiyənin Muğla şəhərində 21 yaşlı gənc qız intihar edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Menteşe qəsəbəsində baş verib.

Bahar. C sevgilisi Hüseyn. Ö ilə mübahisə editikdən sonra video çəkib, daha sonra Asar dağına çıxaraq, 50 metr yüksəklikdən özünü atıb.

Qeyd olunur ki, gənc qız "Mən öləndən sonra özünə qapana bilərsən. Bunu bil ki, səni heç vaxt aldatmadım, səni çox sevdim. Sevgimi sübut etmək lazımdırsa, burdayam", - deyə videoda deyib.

Bahar həmin videonu öz ailəsinə də göndərib.

Onun yaxınları dərhal 112 Təcili Zəng Mərkəzinə məlumat verib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 5 saatlıq axtarışdan sonra Bahar C.-nin cansız bədənini tapıblar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər