Messi "Barselona"ya qayıtmaq istədiyini baş məşqçiyə deyib

31
mar
2023
22:22
Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi İspaniya “Barselona”sına qayıtmaq istəyir.
“Report”un “Sky Sport”a istinadən məlumatına görə, 36 yaşlı hücumçu bu arzusunu Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandesə çatdırıb.
O, ən qısa müddətdə yenidən keçmiş komandasının formasını geyinməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Lionel Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. Onun PSJ ilə cari mövsümün sonunadək müqaviləsi var.
Oxşar xəbərlər
Messinin ailəsinə silahlı hücum! - Argentinalı ulduzu ölümlə hədələdilər... - FOTO
PSJ-nin ulduz futbolçusu Lionel Messiyə silahlı şəxslər tərəfindən təhdid notası buraxılıb. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bundan əlavə, səhə...
