SİZİN REKLAM BURADA!
055 213 76 73


Yaponiyada Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, yazıçı Kenzaburo Oe vəfat edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.

Yazıçı 1994-cü ildə "poetik güclə reallıq və mifin birləşərək bugünkü insan səfalətinin narahatedici mənzərəsini təqdim etdiyi xəyali dünya yaratdığına görə" Nobel mükafatına layiq görülüb.

O, Yasunari Kavabatadan sonra bu mükafatı alan ikinci yapon yazıçı olub.

Qeyd edək ki, Kenzaburo Oe 20-dən çox roman, qısa hekayə və bir neçə hekayə toplusunun müəllifidir.

BAKU.WS