SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevral ayında havanın temperaturu Avropanın əksər hissəsində, xüsusilə Norveç və İsveçdə iqlim normalarından yüksək olub, Türkiyə və Qafqazın bəzi yerlərində isə temperatur aylıq orta göstəricidən daha soyuq olub.

BAKU.WS xəbər verir ki, qlobal istiləşmə ilə əlaqədar olaraq Yer kürəsinin temperatur norması durmadan yüksəlir, nəticədə buzlaqlar tədricən yox olur.

Məlumata görə, Avropa Birliyinin (Aİ) “Copernicus” peyk izləmə sistemi 1991-2020-ci illərin müşahidələri əsasında bu qışın Avropada "qitədəki bütün qışların ikinci ən isti qışı" olduğunu bildirib.

Peykin yaydığı mətndə, bu qış Şərqi Avropanın bəzi yerlərində və Şimal-Şərqi Avropanın bir qismində orta temperaturun xeyli yuxarı olduğu "Avropa üçün rekord ən isti ikinci dövr"yaşandığı qeyd edilib.

BAKU.WS